Rochester-Daily-Grind-Waffle-Wednesday-1-min340

Nescake Şirkəti Haqqında

Nescake şirniyyat evinin əsası 2016-cı ildə qoyulmuşdur. Yarandığı qısa müddət ərzində müxtəlif çeşid tortlar və pirojnalar, desertlər, şərq şirniyyatları, milli bişmələr, həmçinin bulka məmulatları ilə müştərilərin sevimlisinə çevrilmişdir. İstehsalatda Avropanın şirniyyat  reseptləri ilə müasir texnologiyaların sintezindən istifadə olunması, misilsiz dada və əsrarəngiz tərtibata malik şirniyyat məhsullarını yaratmağa kömək edir.

14 filial ilə fəaliyyət göstərən Nescake şirniyyat evlərinin yaxın müddətdə satış nöqtələrini artırmaqla müştərilərə daha yaxın olması planlaşdırılır.

Nescake şirniyyat evlərində satılan bütün məhsullar, yüksək keyfiyyətli inqrediyentlərdən bütün ərzaq istehsalı normalarına əməl edilməklə hər gün birbaşa şirniyyat sexindən satış nöqtələrinə çatdırılır. Müştəri məmnuniyyətini əsas tutan Nescake şirniyyat evinə özəl günləriniz üçün istədiyiniz tort və ya şirniyyat çeşidlərini öncədən sifariş verə bilərsiniz, sifarişinizi isə istər Nescake şirniyyat evindən götürə bilər, istərsədə ünvanınıza çatdırılma xidmətndən yararlana bilərsiniz. Müştərilərimizin həm xidmətimizdən, həm də məhsullarımızdan məmnunluğu  işimizin faydalılığına əminliyi günü-gündən artırır, xidmət və məhsullarımızın çeşid və keyfiyyətini daha da yüksəltməyə sövq edir.

Nescake-Ağız dadınıza uyğun.